10-2

Missiyamız

Bizim missiyamız yaxın beş ildə daha çox şagirdin sağlam parta sahibi olmasına nail olmaq, məktəb xəstəliklərinin azaldılması və şagirdlərin aktiv tədris prosesində daha da uğurlu olmasına nail olmaqdır.

Ayaq üstü partalar, tədris prosesinin sağlamlığa zərərini ən aza endirmək və uşaqların daha aktiv, fiziki fəal olmalarına dəstək verərək öyrənmə prosesinin daha da yaxşılaşdırılmasına və sağlamlaşdırılmasına xidmət edir.

Biz əminik ki, fəal tədris prosesi, fiziki aktivlik şagirdlərin qavrama səviyyələrini yaxşılaşdırmaqla yanaşı həm də onların sağlamlığının qorunmasına xidmət edir.

Niyə Sağlam Parta?

Oturaq həyat fiziki inkişaf mərhələsinin ən əsas dövrü olan məktəb dövründə şagirdlərdə 3 ciddi problemə səbəb olur:

Qamət əyriliyi

Görmə zəifliyi

Fiziki inkişaf problemləri

  • Sağlam partalar boya uyğunlaşdırıla bildiyi üçün şagirdlər bellərini əymək məcburiyyətində qalmır və qamət problemləri yaratmır.
  • Sağlam partanın səthi 16 dərəcə maililiyi təmin etdiyi üçün şagird başını aşağı əymir, səthin üzərindəkiləri fərqli ölçülərdə görmür buna görə də gözlərin zəifləməyinə səbəb olmur.
  • Partalar oturaq və ayaq üstü olduğu üçün hər 15 dəqiqədən bir yer dəyişməni, bu müddətdə verilən fasilə zamanı fiziki hərəkətliliyi təmin edir.
  • Sağlam partalardan istifadə edən şagirdlər, oturaq partadakılara nisbətən 20-25 faiz daha çox kalori istifadə edir və piylənmənin qarşısını alır.
  • Sağlam partalarda uşaqlar dərslərdə daha diqqətli olurlar və qavrama faizləri daha yüksəkdir.
  • Sağlam partadan istifadə edən şagirdin bədəninin yuxarı hissəsi xüsusən də beyni oturaq partadan istifadə edənlər ilə müqayisədə 4 dəfəyə yaxın daha çox qan (oksigenlə) təmin

  • Ayaq üstü və oturaq sağlam partalar arası yerdəyişmə şagirdlərin sosiallaşma bacarıqlarını inkişaf etdirir.
  • Şagirdlər oyaq vaxtlarının 25 faizini məktəbdə keçirirlər. Bu müddət ərzində bütün prosesin oturaq baş verməsi onların həm sağlamlıqlarına həm də akademik nəticələrinə zərər vurur.
  • Daha çox fiziki aktiv olan şagirdlər daha yaradıcı olurlar.
  • Təhsil nəticələri daha yüksək olur.
  • Uşaqlar fiziki aktivliyi daha çox xoşlayırlar və bu onları oturaq tədris prosesindən daha çox xöşbəxt edir.
  • Sinifi idarə etmək daha da asanlaşır.
  • Aktiv dinləmə müddəti 15 dədiqədir. Bu müddətdən sonra şagirdlərin diqqətləri yayınır. Sağlam partalar aktiv dinləmə müddətini təmin edir.

OTURAQ HƏYAT TƏRZİNİN FƏSADLARI SİQARETİN FƏSADLARI İLƏ EYNİDİR

Mütəxəssislər hətta 2 saat fasiləsiz oturaq fəaliyyətin aşağıdakı problemlərə səbəb olduğunu bildirirlər

  • Ürək xəstəlikləri
  • Diabet
  • Metabolizmanın pozulması
  • Xərçəng
  • Boyun və bel ağrıları, yırtıqları
  • Digər ortopedik problemlər

Şagirdlər isə oyaq vaxtlarının 25 faizini məktəblərdə oturaq halda keçirirlər.

Övladlarınızın sağlamlığını, dinamik inkişafını, sosiallaşma bacarıqlarını, dərk etmək qabiliyyətlərini, akademik nəticələrini yüksəltmək istəyirsinizsə

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN