Araşdırmalara əsasən, sağlamlığımızı qorumaq üçün fiziki hərəkətlər etmək bizim təsəvvür etdiyimiz kimi o qədər də faydalı deyil. Ola bilsin ki , fiziki aktivliyin artması biz düşündüyümüz kimi əhəmiyyətli olmasın. Nəticələr göstərir ki ,oturmağa sərf olunan vaxtın azadılmasına diqqət etməliyik. Müasir dövrdə hərəkətsiz və oturaq həyat tərzi əsl real problem ola bilər. Bizim sağlamlığımıza qısa müddətli məşqlərin uzun müddət oturmağın zərərini kompensasiya etməsi haqqında fərziyəmiz səhvdir.
İdman zalına getmək və ya qaçış kimi fiziki hərəkətlərin sağlamlığa kömək etməsi haqqında olan fikirlər səhv ola bilər. Belə nəticəyə gəlinib ki, problem məhz enerji sərf etmədən oturaq həyat tərzidir və gün ərzində sizə şaquli vəziyyətində qalmağa kömək edən hər bir sey faydalıdır.
Oturaq həyat tərzi telomerlərin ( xromosomların son bölmələri) qısaldılmasına səbəb olur və görünür ki, fiziki məşqlər ona görə faydalıdırlar ki, oturmağa sərf olunan vaxtı azaldır. Bu araşdırmaya əsaslanıb belə fərziyə irəli sürmək olar ki, sağlamlığımızı fiziki hərəkətlərlə formada saxlamaq cəhdlərinə baxmayaraq, oturaq həyat tərzinin ümumi mənfi təsirini qarşısını almaq mümkün deyil.
Beləliklə biz oturaq davranışlarımızı azaltmaq yollarını tapmalı və həmçinin pasiyentlərimiz üçün belə bir davranış üsulunu modelləşdirməliyik.



